Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecinda “Aprel döyüşləri” muzeyi yaradılacaq

266

Düşmən üzərində tarixi aprel zəfərinin növbəti ildönümü münasibətilə kollecdə təşkil olunan anım tədbirində Mingəçevirli aprel şəhidlərinin doğmaları-kiçik çavuş  Rüstəm Əhmədovun atası Oruc Əhmədov və anası Saqibə Əhmədova, gizir  Teymur Qasımovun anası Gülnarə Qasımova və  döyüşçü Rahim Tağıyevin həyat yoldaşı  Vüsalə Tağıyevə, həmçinin çoxsayda dəvətli qonaqlar iştirak edib.

Öncə hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib və ardınca Dövlət Himni ifa olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Ordusunun   aprel döyüşləri və  bu savaşda Azərbaycan oğullarının göstərdiyi  qəhrəmanlıqdan  ətraflı söhbət açıb.  O həm də bildirib ki, kollecdə “Aprel  döyüşləri” muzeyi yaradılacaq, mingəçevirli şəhid döyüşçülər haqqında kitab hazırlanacaq, xüsusi bülletenlər buraxılacaq. Oruc Əhmədov övladı, Vüsalə Tağıyeva isə həyat yoldaşı ilə bağlı ən xoş xatirələrini paylaşıb.

Daha sonra hərbi geyimli tələbə özfəaliyyət  qrupunun ifasında hərbi  marşlar və döyüş nəğmələri təqdim olunub.

Şərhlər bağlıdır.