Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub

260

Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram  edilib. İnşa, rəsm və ən yaxşı divar qəzetləri nominasiyası üzrə keçirilən müsabiqələrdə istedadlı tələbələr vətənpərvər duyğularını ustalıqla yaradıcı nümunələrdə əks etdirib. O cümlədən tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə  bir-birinidən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.

Nəhayət  tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi-nəzəri konfransda bir araya gələn  kollektiv üzvləri  vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib. Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. O, Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək,  üç rəngli Dövlət Bayrağımızın şərəfli və keşməkəşli tarixindən maraqlı faktlar açıqlayıb. Akademik məsləhətçi Günel İsmayılova, tələbələrdən  Sevinc Ağayeva və   Gülməkan Fətəliyeva mövzu ilə bağlı məruzələr ediblər. Konfrans  kollec  tələbə özfəaliyyət qrupu  fəallarının  musiqili proqramı ilə başa çatıb.

Şərhlər bağlıdır.