Cəmiyyət

Mingəçevir sakinini necə aldadıblar?

“İMEDİA GROUP” MMC telefon zənglərinə cavab vermir

Mingəçevir sakini Mustafayev Murad Tapdıq oğlu iddia edir ki, ona dələduzluq yolu ilə 7 min AZN məbləğində ziyan vurulub. Dediyinə görə, 2019-cu ilin noyabr ayında Tap.az elan saytında gördüyü  bir elan diqqətini çəkib: “Bakı şəhərində yerləşən  “İMEDİA GROUP” MMC özünə investor axtarmaqla bağlı elan yerləşdirmişdi. Onların instaqram səhifələri olduğuna görə ordan da onları izlədim. Öyrəndim ki, işləri foto, video, reklam çarxlar hazırlamaqdan, dekor işləri görməkdən, özlərinin youtb kanallarını idarə etməkdən ibarətdir. Araşdırdıqdan sonra şirkətin rəhbəri Şükürlü İbrahimlə onlayn əlaqə  saxladım və ona bildirdim ki, sizin şərtləriniz mənə cazib gəlir və sizə investisiya yatırmaq istəyirəm. 2019-cu il noyabrın 19-da aramızda rəsmi müqavilə bağlandı və 4 min manatı onlara “Unibank” vasitəsilə yatırdım. Müqavilə üzrə hər ay mənə 600 manat pul verilməli idi”.

Hazırda heç bir yerdə işləməyən 3 uşaq atası deyir ki, dekabr ayı gələndə problem başlayıb: “Gördüm ay başa çatır, pul ödənmir. İbrahim adlı şəxslə əlaqə saxladım və o mənə bəhanələr gətirdi. Ona hüquq-mühafizə orqanlarına şikayət edəcəyimi bildirəndə mənə 600 AZN ödəndi. Cəmi bircə dəfə gödrüyüm bu məbləğ oldu. Bu günə qədər müxtəlif bəhanələr gətirirlər. Artıq mən aldandığımı başa düşdüm. İndi telefonlarına zəng vururam, açmırlar. 7 aydır ki, bu şirkətə yatıqdığım pulu geri ala bilmirəm. Artıq  hüquq-mühafizə orqanlarına da müraciət etmişəm”.

Biz də qarşı tərəfin fikrini öyrənmək üçün verilən mobil nömreyə (070 5252541) zeng etsək də telefona cavab verən olmadı.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close