Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir nəyin bahasına sərt karantin rejimindən çıxdı?

214

Son günlərə qədər sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də var idi. Yoluxma halları artıdığından Nazirlər Kabineti yanında Opertiv Qərərgahın qərarına uyğun olaraq “nur şəhəri” də narıncı zonaya daxil edilmişdi. Amma görülən tədbirlər öz bəhrəsini verdi.

Avqustun 31-dən Mingəçevirdə sərt karantin rejimi ləğv edilib. Şəhərin girş-çıxışına qoyulan polis postları da götürülüb. Sakinlər qaydalara əməl etməklə bu gün normal həyatlarını yaşıyırlar.

Hazırda şəhərdə yoluxma hallarının azalmasına baxmayaraq,  profilaktiki tədbirlər səngimir. Mingəçevir GEM-in direktoru vəzifəsini icra edən Validə Məmmədovanın dediyinə görə, şəhər İcra Hakimiyyəti tərəfindən yardılan mobil qrupların əhali arasında apardığı maarifləndirici söhbətlərlər çox böyük effekt verib: “Şəhərin sərt karantinə düşməsinin səbəblərindən biri də COVİD-19 aşkar olunmuş xəstələrin öz evlərində, mənzillərində müalicə edilməsi idi. Çünki bir müddət xəstəxanalarda yerləşdirmə problemi yaşandı, buna görə də evlərində müalicə olunan xəstələrimiz çoxaldı. Artıq vəziyyət dəyişib. Son günlərdən etibarən aktiv xəstələrin hamısı xəstəxanalarda müalicə olunur. Belə vəziyyət şəhərdə infeksiyanın qarşısını almaqda bizə çox kömək etdi”.

Şəhər sakinləri də sərt karantin rejiminin ləğv edilməsini sevinclə qarşılayıblar. Əksəriyyət qaydalara əməl edir, qapalı məkanlarda qoruyucu maskalardan, dizinfeksiyaedici məhlulardan istifadə edir, özünü və yaxınlarını qorumağa çalışır. Mingəçevirdə yoluxma halları azalsa da, dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir.

Şərhlər bağlıdır.