Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Liseyində “Son zəng”

378

Birincilər onları şən və şux rəqsləri ilə təbrik ediblər. Liseyin direktoru Aidə İsmayılova bildirib ki, 2014-2015 tədris ilində lisey bir çox uğurlara imza atıb. Belə ki, ikinci dəfə “İlin ən yaxşı məktəbi”müsabiqəsinin qalibi olub, buraxılış imtahanlarının nəticələrinə görə respublikanın 20 ən yaxşı məktəbi sırasına daxil edilob. Fənn olimpiadalarında liseyin şagirdləri 1 gümüş, 2 bürünc müdal qazanıb. Zona mərhələsində şagirdlərdən 5-i birinci, 3-ü 3 cü nəticəni göstəriblər.
“Bütün bu uğurların qazanılmasında müəllimlərimizin əməyi danılmazdır”-A.İsmayılova belə deyib və əlavə edib ki, dərs ili ərzində şəhər ümumtəhsil məktəblərinin müəllimləri və ictimayyət nümayəndələri üçün iki dəfə “Açıq qapı “ günləri də təşkil edilib: “Ətraf rayon və şəhərlərin 100-dən çox müəllimi də “Açıq qapı”ya qatılıb”.
Son zəngin ən yadda qalan anı Azərbaycan bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi olub. Məzunlar şərəflə daşıdıqları bayrağımızı öpərək, 11-lərə təqdim ediblər.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov da məzunlara xeyir-dualarını veriblər.
Bu il Mingəçevirin orta ümumtəhsil məktəblərini 833 nəfər bitirir.

Şərhlər bağlıdır.