Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” çərçivəsində ilk təlimlər baş tutdu

189

Yanvarın 8-9-da 10 nömrəli orta məktəbdə 150-dən çox şagirdin, məktəb psixoloqları, direktor müavinləri, uşaq birliklərinin rəhbərləri və KİV nümayəndələrinin iştirakilə  “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təlimləri aparılıb. Təlimçi Samir Şükürov ritorika, auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması, peşakar natiq bacarıqları, risklərin nəzərə alınması, bədən dili, nitqin hiss olunması barədə bilgilərini auditoriyaya çatdırıb və sualları cavablandırıb.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Etiram Sadıqzadənin sözlərinə görə, fəal iştirakçılar gələcəkdə debat forumlarında təlimçi-məşqçi qismində iştirak etmək hüququ qazanacaqlar. Layihənin final mükafatlandırma və bağlanış mərasimi mart ayının ilk 10 günlüyündə keçiriləcək.

Şərhlər bağlıdır.