Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Gənclər Evi Ağdaş rayonunun Qəribli kəndində

242

 “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin “Səyyar Gənclər Evi: Səyyar təlim” layihəsi Ağdaş rayonunun Qəribli kəndində həyata keçirilib.

Layihənin proqramına uyğun olaraq ilk öncə təqdimat baş tutub. Təqdimatda Ağdaş rayon Təhsil Şöbəsinin, Ağdaş rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak edib.

Daha sonra gənclərin maraqlarına uyğun olaraq 4 istiqamət üzrə təlimlər və yarışlar  baş tutub. İlk təlim istiqaməti “Motivasiya, Natiqlik və Liderlik” olub.  Gənclərə istiqamət üzrə lazımi biliklər verilib, həmçinin iştirakçılar arasında müxtəlif oyunlar keçirilib. Digər istiqamətlər isə “Könüllülük”, “İntellektual inkişaf” və “Məntiqin inkişafı” olub. “Könüllülülk” istiqaməti üzrə keçirilən təlim zamanı iştirakçılara könüllü olmağın üstünlükləri, könüllü təcrübəsinin əhəmiyyəti haqqında dəyərli məlumatlar verilib. “İntellektual inkişaf” istiqaməti üzrə keçirilən yarışlarda isə yuxarı siniflərdə təhsil alan gənclər arasında NHN və Breyn ring formatında intellectual yarışlar keçirilib. “Məntiqi inkişaf” təlimində gənclərə məntiqi düşünmə qabiliyyətinin inkişafı ilə bağlı geniş məlumat verilib. Təlimdən sonra iştirakçıların keçirilən materialları mənimsəmə səviyyəsini yoxlamaq üçün test tapşırıqları paylanıb.

Təlim və yarışların sonunda ən fəal iştirakçılara Mingəçevir Gənclər Evi tərəfindən  sertifikatlar və hədiyyələr təqdim edilib. İştirakçılar isə öz növbələrində “Gənclər Evinə məktub” layihəsi çərçivəsində Mingəçevir Gənclər Evinə öz təkliflərini və minnətdarlıqlarını yazılı şəkildə bildiriblər.

“Səyyar Gənclər Evi: Səyyar təlim” layisəsi yaxın zamanlarda digər rayon və kəndlərdə reallaşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl iki Səyyar təlim layihəsi Mingəçevirin müxtəlif ərazilərində təşkil edilib.

Şərhlər bağlıdır.