Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarına start verilib

180

Mingəçevir Dövlət Universitetində (MDU) İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib.

Oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlar dərs saatlarından kənar vaxtlarda universitetin mini-futbol meydançasında təşkil edilir və olimpiya sistemi üzrə 11 komandanın iştirakı ilə həyata keçirilir. İkinci tur oktyabrın 17-də başlayacaq.

Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafına hədəflənən əlverişli təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verən MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi üçün müvafiq şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.