Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş elmi seminar keçirilib

197

2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənç tədqiqatçıların iştirakı ilə “Azərbaycan elminin inkişafında gənclərin aparıcı rolu” elmi seminar keçirilib. “Elm gününə” həsr olunmuş seminar “ZOOM” platforması üzərindən online formatda təşkil olunub.

Elmi seminarın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin döründə keçirilən tədbirin əsas məqsədinin doktorant, dissertant və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib. Əməkdaşların elmi dərəcə və elmi adlar alması istiqamətində MDU-da stimullaşdırıcı addımların atılmasının nəzərdə tutulduğunu qeyd edən Ş.Bayramov məruzə ilə çıxış edəcək doktorant və dissertantlara uğurlar arzulayıb.

Mövcud şəraitdə döktorant və dissertantlar arasında elmi seminara böyük maraq olduğunu diqqətə çatdıran Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov seminarın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.

Sonra elmi seminarda məruzələr dinlənilib. “Xarici dillər” kafedrasının müəllimi, Azərbaycan Dillər Universitetinin dissertantı Gülnarə Qurbanova “Diliçilik elmində slənqlərin rolu” mövzusunda, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı Aynur Namazova “İnvestisiya layihələrinin işlənməsində logistik mexanizmlərin rolu” mövzusunda, “İnformasiya texnologiyaları” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Elçin Tağıyev “Kompüter riyaziyyatının tədrisinə müasir yanaşmalar” mövzusunda, “Riyaziyyat” kafedrasının müəllimi, Bakı Dövlət Universitetinin dissertantı Səriyyə Allahverdiyeva “Sobelev tipli dalğa tənlikləri üçün tərs sərhəd məsələləri” mövzusunda, “Pedaqogika və psixologiya” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Ülviyyə Verdiyeva ““Həyat bilgisi” dərslərində müəllimin kompetensiya imkanlarından istifadənin əsas xüsusiyyətləri”, “İqtisadiyyat” kafedrasının baş müəllimi, Azərbaycan Dövlət Aqrar Universitetinin dpktorantı Məlahət Rəhimova “Müasir dövrdə aqrar sahədə innovasiyalardan istifadə” mövzusunda məruzələrlə çıxış ediblər.

Virtual elmi seminar iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb. MDU-nun təcrübəli alimləri gənc tədqiqatçılara müvafiq təklif və tövsiyələr veriblər.

Şərhlər bağlıdır.