Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində COVID-19 infeksiyası ilə mübarizə sahəsində maarifləndirmə və dezinfiksiya tədbirləri davam etdirilir

172

Mingəçevir Dövlət Universitetində (MDU) koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həm professor-müəllim və tələbə heyəti arasında maarifləndirmə tədbirləri, həm də tədris korpuslarında tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir.

2020-ci ilin 4 may tarixindən etibarən respublikanın bir sıra regionları ilə bərabər Mingəçevir şəhərində də xüsusi karantin rejiminin bir qədər yumşaldılmasına baxmayaraq, MDU tərəfindən kollektiv üzvləri arasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək, şəxsi gigiyena qaydalarına diqqət yetirmək, zərurət olmadığı halda küçəyə çıxmamaq, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmək və məsafə saxlamaq kimi məsələlərə dair maarifləndirmə işləri davam etdirilir.

Cari ilin 11 may tarixində Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən MDU-da növbəti dəfə hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri bütün tədris binalarını, dəhlizləri, auditoriya və laboratoriyaları, idman zalını, kitabxanaları, inzibati otaqları, həyətyanı əraziləri və digər köməkçi tikililəri əhatə edib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.