Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasında qalib seçilib

218

2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universiteti  (MDU) növbəti tarixi uğuruna imza atıb. Universitetin Tələbə Gənclər Təşkilatı, ilk dəfə olaraq, “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.

Bu barədə məlumat Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Dəmir Yumruq, Dəmir Gənclik” adlı onlayn tədbirdə elan edilib.

2020-ci il ərzindəki nümunəvi fəaliyyətinə və xüsusi fəallığına görə respublika üzrə qalib seçilmiş 5 təhsil müəssisəsinin tələbə təşkilatları sırasında MDU-nun Tələbə Gənclər Təşkilatının da yer alması universitetin tələbə və müəllim kollektivinin böyük sevincinə səbəb olub.

Eyni zamanda, MDU-nun Tələbə Gənclər Təşkilatının sədri Elmira Hüseynli ATGTİ-nin Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, MDU-da tələbə gənclərin universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, MDU-nun gənc əməkdaşları, tələbə və məzunları 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində yüksək fəallıq nümayiş etdiriblər.

Şərhlər bağlıdır.