Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir teatrının 50 illik yubileyi qeyd olunur

286

Bu gün Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev,

 

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, Teatr Xadimləri İttifaqının sədri Azər Nemət Paşa, ARB Aran kanalının redaktoru Rəna İbrahimova və başqaları Azərbaycan teatrının və Mingəçevir teatrının şərəfli inkişaf yoluna nəzər salıblar. Ölkə başçısının 16 oktyabr 2018-ci il tarixli sərəncamları ilə dövlət təltiflərinə layiq görülənləri təbrik edilib, eyni zamanda bir qrup teatr işçisinə fəxri fərmanlar təqdim edilib.

Bundan sonra ölkənin müxtəlif teatrlarının kollektivləri yeni tamaşalarından parçalar təqdim ediblər. İncəsənət ustalarının çıxışları da maraqla qarşılanıb.Tədbir boyunca rəngarəng təbriklər səsləndirili, dünyasını dəyişən aktyorlar xatırlanıb.Teatrın aktrisası, Xalq artisi Ella Yaqubova üzünü zala tutaraq deyib : “Biz bu sənəti seviik. Mədəniyyətimizo, sənətimizi zirvədə görmək istəyirik. 50 yaşın mübarək, Mingəçevir teatrı!”

Şərhlər bağlıdır.