Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar

248

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar keçirilib. Təhsil Nazirliyi yanında “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda danışan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustası diaqnostik qiymətləndirilmədən  keçirilib. Onların dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Direktor əvəzi qeyd edib ki, 2016-2017-ci tədris ilindən peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib.

Daha sonra media nümayəndələri mərkəzin infrastrukturu və maddi texniki bazası ilə və  Akkord-Mingəçevir Maşınqayırma Zavodunda “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə tanış olublar.

Cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbəli binadan ibarətdir, bütün zəruri avadanlıq və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbə təhsil alır.

Şərhlər bağlıdır.