Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Kür çayında 11 sərnişinin olduğu qayıq batdı, xoşbəxtlikdən xəsarət alan olmadı

Hərbçilərin olduğu qayığın Kürdə qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA

1. 800

Ötən gecə Mingəçevirdə Kür çayında 11 sərnişinin olduğu qayıq batıb.  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, iyunun 2-də axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq rəsmi qeydiyyata alınmayıb:  “Qayıq kuatar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ-salamat xilas edilərək sahilə çıxarılıb”.
Mərbuat Xidməti həmçinin “qayığın sürücüsünün – 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun içkili olması” ilə bağlı dolaşan xəbərlərə də aydınlıq gəririb:  “Bizdə belə bir fakt və məlumat yoxdur”.
Məlumat üçün bildirək ki, hadisə Kür çayının Mingəçevir hissəsində, “İnci” kafesi yaxınlığında baş verib.  Amur tipli asma mühərrikli gəzinti qayığı hərbçi sərnişinlərlə hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Qayıq az sonra batmağa başlayıb.

Sərnişinlərin kömək çığırtılarına ərazidəki gəzinti və xilasetmə qayıqlarından çevik müdaxilə olunub. İlkin məlumata görə, batan qayıqdan suya atılan 11 sərnişin FHN əməkdaşları tərəfindən xilas edilib

Qayıq Kür çayının dayaz nöqtəsində batıb. Onu tez bir zamanda əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub. Bu  tip qayıqlar 8 sərnişin üçün nəzərdə tutulsa da, 20 sərnişin götürmə imkanlarına malikdir.

Faktla bağlı araşdırma başlayıb.

Şərhlər bağlıdır.