Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə iki avtomobil toqquşdu, maşının biri kanala düşdü

Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub və sabah onun toyu olacaqdı

578

Hadisə  az öncə Mingəçevirin Günəşli yaşayış massivində, birinci paralel küçəsində baş verib.  “KİA” markalı avtomobillə toqquşan “Mersedes”  markalı taksi xidməti göstərən  maşın idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə  yaralı taksı sürücüsü xəstəxanaya qaldırılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub. Aldığımız məlumata görə,  həmin xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.

Şərhlər bağlıdır.