Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

817

Mingəçevir Dövlət Universiteti (MDU) 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə 15 ixtisas üzrə qəbul elan edir.

Namizədlər 2022-ci ilin 29 iyun tarixindən 5 iyul tarixinədək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ixtisas seçimi müsabiqəsində iştirak edə bilərlər.

Ətraflı məlumat əldə etmək və yaranabiləcək sualların cavablandırılması üçün “qebul@mdu.edu.az” elektron poçt ünvanı, (+994 24) 275 8549 və (+994 51) 642 2372 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

MDU-da qəbul aparılan ixtisasların siyahısı:

1 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
2 Xarici dil müəllimliyi (dillər üzrə)
  Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili)
3 Riyaziyyat müəllimliyi
  Riyaziyyatın tədrisi metodikası və metodologiyası
4 Tarix müəllimliyi
  Tarix fənninin tədrisi metodikası və metodologiyası
5 İnformatika müəllimliyi
  İnformatika fənninin tədrisi metodikası və metodologiyası
6 İbtidai sinif müəllimliyi
  İbtidai sinifdə tədrisin metodika və metodologiyası
7 İqtisadiyyat
  İqtisadiyyatın tənzimlənməsi
8 Sənayenin təşkili və iadrə edilməsi
  İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)
9 Biznesin idarə edilməsi
  Biznesin təşkili və idarə edilməsi
10 Dövlət və bələdiyyə idarəetməsi
  Regional idarəetmə
11 Elektroenergetika mühəndisliyi
  Elektroenergetika
12 İstilik energetikası mühəndisliyi
  İstilik elektrik stansiyaları
13 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  Yol hərəkətinin təşkili və təhlükəsizliyi
14 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
15 Ekologiya mühəndisliyi
  Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

Şərhlər bağlıdır.