Mingəçevirdə 2024-cü ilin yanvar-sentyabr aylarında əmtəə bazarının əsas göstəriciləri
Pərakəndə ticarət dövriyyəsi
2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 76,5 faizi və ya 307844,6 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,5 faizi və ya 94529,0 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2024-cü ilin yanvar-sentyabr aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 85559,7 min manatlıq əmtəə satılmışdır, digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 7803,3 min manat olmuşdur. Fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə satılmış malların məbləği 309010,6 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox olmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 0,14 faizi dövlət və 99,86 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdürərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 7803,3 min manat olmuşdur. Fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə satılmış malların məbləği 309010,6 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox olmuşdur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.