Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e. Üzeyir Zeynalov magistrantlarla görüşüb

2024-cü ilin noyabrın 22-də Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e. Üzeyir Zeynalov magistrantlarla görüşüb.
Universitetdə keçirilən çoxsaylı nəzəri və praktiki təlim, seminar və pedaqoji hazırlıqlarla yanaşı, magistratura səviyyəsində elmi tədqiqat istiqamətinin mühüm yer tutduğunu diqqətə çatdıran Ü.Zeynalov magistrantları elmi tədbirlərdə fəal olmağı, MDU-da yaradılan bütün imkanlardan faydalanmağı tövsiyə edib.
Sonra, magistratura təhsilinin məzmunu, bu sahədə mövcud olan imkanlar və çağırışlar, magistrantların elmi fəaliyyətlərə aktiv cəlb olunması, MDU-nun strateji hədəflərinə çatmaq istiqamətində magistrantların verə biləcəyi mühüm töhfələr, dissertasiya mövzularının seçilməsində nəzərə alınmalı olan amillər və digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Magistrantlar səmimi görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.