Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib
18 oktyabr 2024-cü il tarixində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminarda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiridə Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov çıxış edərək “Azərbaycan Müstəqilliyinin dünəni və bu günü” mövzusunda ətraflı danışıb. Nizami Zeynalov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin apardığı haqq savaşının müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və əbədi olaraq təsdiqlənməsinə xidmət etdiyini qeyd edib, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycanın regionda qazandığı diplomatik nailiyyətləri və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsindən danışıb.
Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev isə müstəqillik illərində elmi və innovativ inkişafın Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək, gənclərin elmi tədqiqatlara marağının artırılması üçün universitetdə görülən işlərdən danışıb. V. Mustafayev elmin inkişafının ölkənin müstəqilliyinin möhkəmlənməsinə necə töhfə verdiyini vurğulayıb.
Daha sonra MDU-nun tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. A. Qədirova çıxışında Azərbaycanın müstəqillik mübarizəsi, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası və bu prosesin xalqımız üçün tarixi əhəmiyyətini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan müstəqilliyinin qorunub saxlanılması və dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edərək, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurları xüsusi vurğulayıb. A. Qədirova çıxışında Qarabağ Zəfərinin Azərbaycanın müstəqillik tarixində müstəsna yer tutduğunu qeyd edib və gələcəkdə ölkəmizin qarşısında duran əsas perspektivlərdən bəhs edib.
Seminar zamanı, müstəqillik mövzusunda hazırlanan videoçarx nümayiş olunub və iştirakçılar arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Tədbir Azərbaycanın müstəqilliyinin əbədiliyini və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayan fikirlərlə yekunlaşıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.