Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində 8 noyabr “Zəfər günü”nə həsr edilmiş Idmanın voleybol növü üzrə kurslararası universitet birinciliyi davam edir

5

Xəbər verdiyimiz kimi Mingəçevir Dövlət Universitetində “Zəfər günü”nə həsr edilmiş idmanın voleybol növü üzrə kurslararası oğlanlar arasında universitet birinciliyinə start verilmişdir. Mübarizəyə qoşulan 9 komanda 25.10.2024 – 15.11.2024-cü il tarixlərdə oyunlarda iştirak edir. Gərgin keçən mübarizə şəraitində I tur başa çatmış, II turun oyunlarına start verilmişdir. Yarışda tələbə-gənclər əzimlə mübarizə aparıblar. Yarışlar Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksində keçirilir.

Yarışların keçirilməsində məqsəd tələbə-gənclər arasında fiziki tərbiyəni və idman işlərini daha da inkişaf etdirmək, tələbə-gənclərə vətənə, xalqa məhəbbət, dövlətçilik ideyalarına sədaqət hissləri aşılamaq, tələbə-gənclərin sağlamlığını möhkəmləndirmək, sağlam həyat tərzinin və istirahətinin aktivliyini təmin etmək, tələbə-gəclər arasında idmanın voleybol növünün inkişaf etdirilməsi, universitetin voleybol üzrə yığma komandasına yeni üzvlərin seçilməsindən ibarətdir. Oyunların nəticələri isə aşağıdakı kimi olub.

II turun nəticələri:

İqtisadiyyat və idarəetmə fakültəsinin TB23.1 komandası – eyniadlı İqtisadiyyat və idarəetmə fakültəsinin TB23.1 ilə görüşü 0:3 hesabı ilə başa çatıb.

Mühəndislik fakültəsinin EEM23 komandası – Təhsil fakültəsinin T23 komandası ilə görüşü 3:2 hesabı ilə başa çatıb.

Beləliklə, III və IV yerlər uğrunda Təhsil fakültəsinin T23 komandası – İqtisadiyyat və idarəetmə fakültəsinin TB23.1 komandası ilə – 04 noyabr 2024-cü il tarixdə

Final görüşü isə 05 noyabr 2024-cü il tarixdə Mühəndislik fakültəsinin EEM23 komandası -İqtisadiyyat və idarəetmə fakültəsinin Bİ22.2 komandası ilə görüşəcəklər.

Yarışın baş hakimi Fərman Məmmədov, oyunları isə məşqçi-müəllim Mehman Baxışov idarə edir.

Şərhlər bağlıdır.