Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına tam hazırdır

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.

İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş  müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.

MDU-da imtahan sessiyası 01 iyun – 05 iyul 2022-ci il tarixlərində ənənəvi formada təşkil ediləcəkdir. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcəkdir.

Cari imtahan sessiyasıda baş tutacaq 600-dən çox imtahanda 2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçiriləcəkdir.

Şərhlər bağlıdır.