Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da seminar: Turizmdə karyera imkanları və gənclər təşkilatlarının təsiri

17

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrası və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə “Turizmdə karyera imkanları və gənclər təşkilatlarının təsiri” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun İqtisadiyyat kafedrasının bir qrup professor-müəllim heyəti üzvü və “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbələri iştirak ediblər.

Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov təqdimatla çıxış edərək turizm təhsili alan gənclərin gələcək karyera imkanları və gənclər təşkilatlarının yerli turizmin inkişafına töfhələri barədə fikirlərini bölüşüb və seminar iştirakçılarının suallarını cavablandırıb.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır.