Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da seminar: “Satış bacarıqları”

25

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və “Ecoreview” Ekoloqlar Klubunun birgə təşkilatçılığı ilə “Satış bacarıqları” mövzusunda seminar keçirilib. Seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.

MDU-nun gənc əməkdaşı Babək Hüsüyev təqdimatla çıxış edərək ixtisas və peşəsindən asılı olmayaraq hər kəsin karyera inkişafında təqdim etmə, inandırma, ünsiyyət saxlama, analitik düşüncə və digər bir çox keyfiyyətləri özündə ehtiva edən satış bacarıqlarının önəmindən bəhs edib. Fərdi və müəssisə səviyyəsində inkişafda düzgün qurulmuş marketinq strategiyasının rolundan danışan B.Hüsüyev mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır.