Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da seminar: Narkomaniyaya hamılıqla ˝Yox!˝ deyək

31

2023-cü il mayın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Narkomaniyaya hamılıqla ˝Yox!˝ deyək˝ devizi altında ˝26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü˝nə həsr olunan elmi-praktik seminar keçirilib. Seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış edərək bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyanın bir çox faciəvi fəsadlara gətirib çıxardığını qeyd edib. Narkomaniya ilə mübarizədə ictimaiyyətin bütün üzvlərinin səylərinin birləşdirilməsinin zəruriliyindən danışan V.Mustafayev bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb və hazırki seminarın əhəmiyyətini vurğulayıb.

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU əməkdaşlarından Şəfa Quliyeva “Narkomaniya ilə mübarizə vətəndaşlıq borcudur” və Leyla Əhmədova “Narkomaniya- mənəviyyatı məhv edən ümumbəşəri bəla” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizə üsulları və digər məsələlər haqqında ətraflı məlumat verilib.

Məruzə ətrafında aparılan müzakirələrdən sonra Narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib və məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.