Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məhəllə futbolundan peşəkar arenaya

340

Azərbaycan futbolunu ən ünlü simalarından olan, haqqında fərəhlə söhbət açacağım futbol hakimi, beynəlxalq arenada belə öz sözünü demiş, futbol ictimaiyyətinə yaxşı tanış olan beynəlxalq dərəcəli futbol hakimi Rövşən Əhmədovdur. Bir çoxlarının əlçatmaz insan kimi baxdığı, əslində sadə, səmimi, mehriban və şirindil insan olan Rövşən müəllimlə Mingəçevir şəhər stadionunda görüşüb söhbətləşdik .
-İlk öncə özünüz haqqında məlumat verərdiniz .
-1967- ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1974- cü ildə 7 saylı orta məktəbin birinci sinfinə getmişəm. 1982- cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib elə həmin ildə də Mingəçevir Baza Politexnik Texnikomuna daxil olmuşam. 1986- cı ildəTexnikomu bitirib hərbi xidmətə getmişəm. 1988- ci ildə ordu sıralarından təxris olunmuşam. 2002- ci ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam. 2008 – ci ildə həmin akademiyanı bitirmişəm.Ailəliyəm iki oğlum var. Övladlarımdan Rəşad futbol hakimi, Rüfət isə Energetik futbol kulubunun futbolçusudur .
-Futbolda ilk addımlarınız haqqında danışa bilərsinizmi ?
-Futbolda ilk adımlarımı məhəllə futbolunda atmışam. 1978 – ci ildə on bir yaşımda ikən uşaq futbol məşqçisi Mixail Solafun məşqçilik etdiyi futbol bölməsinə gedib, futbolun sirlərini ondan öyrənmişəm. 1982 – ci ilə kimi UGİM – ın nəzdində fəailiyyət göstərən müxtəlif yaş quruplarından ibarət futbol bölmələrində oynamışam. 1982 – 86 – cı illər ərzində təhsil aldığım Mingəçevir Baza Politexnik texnikomunun yığma komandasının şərəfini qorumuşam .
-Niyə məhz hakimliyi seçdiniz ?
-Uşaq yaşlarımdan hakimlik peşəsinə böyük marağım vardı, məşhur futbol hakimlərinin hər bir futbolçunu izləyən zədə epidemiyası məndən də yan keçməmiş və hakimlik peşəsini seçməyimə zəmin yaratmışdır .
-Nə vaxtdan hakimlik edirsiniz ?
-1990 – cı ildən Respublika çempionatında hakimlik edirəm. İlk üç il, 1993- cü ilə kimi köməkçi hakim olaraq futbol üzrə Azərbaycan çempionatının birinci dəstə oyunlara təyinat almışam .
-Yüksək dəstədə baş hakim kimi təyinat aldığınız ilk oyun haqqında danışardınız.
-Baş hakim qismində idarə etdiyim ilk oyun 1994- cü ilin mart ayında Ağdamın Qarabağ və Ağstafanın Avey klubları arasında baş tutan oyun olmuşdur. Artıq 20 ildir ki, AFFA- nın bayrağı altında keçirilən milli çempionatlarda oyunlara təyinat alıram .
-Futbolla yaxından maraqlanan hər bir şəxsə məlumdur ki, siz beynəlxaq dərəcəli hakim ştatına maliksiniz. Bir az da bu barədə danışardınız.
-Beynəlxalq dərəcəli hakim ştatına yiyələnməyim 1996- 98-ci illər aralığında UEFA tərəfindən keçirilən seminarlarda iştirakım , nəzəri və təcrübi biliklərimin yoxlanılması eyni zamanda AFFA tərəfindən gənc və perspektivli hakim qismində tövsiyə olunmağımla əlaqədar reallaşmışdır. Beynəlxalq miqyasda yığma komandalar səviyyəsində Portuqaliya, Xorvatiya, Slovakiya, İran və Belarusiyada təşkil edilən oyunlara təyinat almışam. 1997-ci ildə Avropa gənclərinin birinci spartagiyadası çərçivəsində keçrilən Yunanıstan – Norveç, Yunanıstan – Latviya, Portuqaliya – Gürcüstan oyunlarında baş hakim olmuşam. Danimarkada UEFA – nın təşkıl etdiyi beynəlxalq seminarda iştirak etmişəm. Yüksək dəstədə 250 – dən artıq oyuna baş hakim kimi təyinat almışam.
-Gənc hakimlərin hazırlanması ilə bağlı işləriniz necə gedir ?
-Hazırda Mingəçevirdə 11 gənc yerli hakimin hazırlanması ilə məşğulam. Hazırladığım gənclər AFFA bayrağı altında keçirilən premyer liqa klublarının əvəzedici heyəti, birinci dəstə və U 13 – 14 – 17 yaşlılar arasında keçirilən oyunlara təyinat alıram. Yeniyetmələrdən Samir Hacıyev 2010 – cu ildə FİFA – nın referi köməkçisi adını almış və premyer liqa oyunlarına köməkçi hakim kimi təyinat alıb.
-Məşqçi qismində fəaliyyət göstərmisinizmi ?
-1998-ci ildə B. X. Mustafayev adına futbol məktəbində məşqçi – müəllim vəzifəsində çalışmışam .
-Bəs Uşaq Gənclər İdman məktəbində hansı vəzifəni tutursunuz ?
-Mingəçevi şəhər Gənclər İdman İdarəsi nəzdnində fəaliyyət göstərən UGİM– də direktor vəzifəsində çalışıram . Məktəbimizdə yeniyetmə idmançılar böyük nailiyyətlərə imza atırlar. 8 yaşdan 16 yaşa qədər 400 – dən artıq idmançıya 15 məşqçi – müəllim idmanın sirrlərini öyrədir. Məşqçilərdən əməkdar məşqçi Rəşid Məmmədov boks, Fazil Məmmədov akedemik avarçəkmə, dünya çempionatının gümüş medalçısı Əliağa Səfərov cüdo, Azər Allahverdiyev yunan – roma güləşi, Telman Bəkirov məşiqçi – müəllim öz fəalliyyəti ilə seçilirlər .
– Azərbaycan futbolu barədə fikrlərinizi bilmək istərdik .
-Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının idmana, o cümlədən də futbola qayğısının nəticəsi olaraq premyer liqanın, milli yığma komandaların səviyyəsi ildən ilə yüksəlir, istedadlı futbolçular yetişir, uşaq futbol məktəbləri yaradılır, yeni stadionlar, təlim – məşq bazaları futbol ictimaiyyətinin sərəncamına verilir .
-Nəhayət, Mingəçevir futbolunun ən ağrılı – acılı yeri olan “ Energetik” futbol kulubunun acınacaqlı durumu ilə bağlı rəyinizi bilmək istərdik.
-Sizə də yaxşı məlumdur ki, şəhərimizi təmsil edən futbol klubu illərdir ki, öz həllini gözləyən ağır mailiyyə durumu ilə üzləşir. Çətinliklərin aradan qaldırılması istiqamətində onu qeyd edə bilərəm ki, futbol ictimaiyyətinin, o cümlədən KİV nümayəndələrinin birgə səyləri zəruridir . Bu istiqamətdə firma və müəssiə rəhbərlərinin, iş adamlarının klubu himayəyə götürməsi, yeni– yeni sponsurların axtarılıb- tapılması qarşıda duran əsas vəzifə olmalıdır. Bütün bunların reallaşacağı tədqirdə öz zəngin tarixi ilə seçilən Mingəçevir futbolu əvvəlki şöhrətini geri qaytara bilər.
-Müsahibə üçün təşəkkür edirik.

Söhbətləşdi:

Əziz Əsgərov

Şərhlər bağlıdır.