Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına yeni dəstək

“Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib

29

11 may 2023-cü il tarixində Mingəçevir şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə “Ümid” SİD İB-nin layihə komandası üzvləri, Yevlax rayon və Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, hədəf icmaların İcma İnkişaf Şuralarının üzvləri, yerli qeyri-hökumət təşkilatları, Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzi, Mingəçevir Dövlət Universitetinin Karyera və İnkişaf Mərkəzi, BMT QAK və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər (35 nəfər: 12 qadın, 23 kişi).

“Ümid” SİD İB-nin Proqram direktoru Rasim Quliyev tədbirin məqsədini açıqlayıb  və icra edilən layihənin zəruriliyi barədə fikirlərini iştirakçılara çatdırıb.

“Ümid” SİD İB-nin regional koordinatoru Əflatun Verdiyev  “Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin hədəfləri, əsas vəzifələri, fəaliyyətləri və əldə ediləcək nəticələri barədə təqdimat edib.

Tədbirin davamında layihə ilə bağlı ümumi müzakirələr aparılıb. Çıxış edən qonaqlar icra edilən layihənin əhəmiyyəti, hədəf məcburi köçkün icmalarının səfərbərliyinə töhfə verə biləcək yanaşmaların tətbiqi, gənclərin müasir və perspektivli peşələrə yönəldilməsi və s. barədə fikirlərini bildiib, təkliflər irəli sürüblər.

Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına töhfə vermək və münaqişədən təsirlənmiş əhalinin normal həyatının bərpa olunmasıdır.

“Ümid” SİD İB-nin İnformasiya Yayım Xidməti

Şərhlər bağlıdır.