Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Leysan yağışları Yevlaxda fəsadlar törədir

219

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb. Belə ki, Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub. Nəticədə kəndin sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb.

Əvvəlki dönəmlərdə də fəal yağıntılar zamanı burada müşahidə olunan yuyulma və qopmalar aprelin 21-dən bir qədər də fəallaşıb.

Şərhlər bağlıdır.