Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Koronavirusdan qorxulu…

262

Təmizlik önəmlidir,

Çox-çox önəmlidir,

Hətta, dəhşət önəmlidir…

Kirlənmişik, yuyunaq, çirklənmişik, yuyunaq.

Yuyucu maye sabun, başqa növləri də var.

Dezinfeksiya edən məhlullar, daha nələr…

Yamanca kirlənmişik,

Yuyunaq təmiz olaq,

Yuyaq qoy təmiz olsun əllərimiz, üzümüz,

canımız, cəsədimiz,

Virus yaxın gəlməsin…

Bəs, kirlənmiş niyyəti, kirlənmiş baxışları,

Kirlənmiş vicdanları nə ilə yuya billik?

Varmı onları yuyan yuyucu vasitələr?

Kirlətmişik yurdumun gözəlcə havasını…

Yalanla, paxıllıqla, rüşvətlə kirlətmişik.

Alçaqdan, ya da bərkdən desəm də xeyri yoxdur,

Qulaqlar kar olubdur bilinməz bir virusla,

Xəyanətlə kirlənib daşlaşıb ürəyimiz,

Hər cür virusdan ötə, qorxulu bəlalarla,

qorxulu viruslarla kirlənmişik hamımız

Bəs necə təmizlənək, necə təmizə çıxaq

bu qorxunc kirlilikdən?

Mehparə Rəhimqızı

 

 

 

Şərhlər bağlıdır.