Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Könüllülük Məktəbi üzvlərinin seçilməsi davam edir

189

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimləri artıq yekunlaşıb. Xatırladaq ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas  məqsədi könüllülük ideyasının gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, eləcə də, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, gənclərdə könüllülük işinə maraq yaratmaq, könüllülər qrupunun formalaşdırılması və birgə layihələrin icra olunmasından ibarətdir.

Sözü gedən layihənin təlimləri ilə bağlı son görüş Mingəçevir Turizm və Tibb Kolleci və Gənclər Evində tələbələrlə baş tutub. Qeyd edək ki, təlimlərin mövzuları tələbələrin böyük marağına səbəb olub, söylənilən fikirlər onlar tərəfindən yüksək şəkildə qarşılanıb və bu sahəyə olan diqqətləri daha da artıb. Gənclər Evində həyata keçirilən təlimdə iştirakçılar komanda işləri görüb və gələcək könüllülük fəaliyyətlərini qruplar şəklində təqdimatlar ediblər.

Layihə sonunda formalaşacaq Könüllülük Məktəbinin üzvlərinin seçilməsi isə davam edir. Təlimləri uğurla başa vuran gənclərə sertifikatların təqdim olunması Beynəlxalq Könüllülər günü ərəfəsinə təsadüf edəcək. Bununla da onlar formalaşan Könüllülük Məktəbinin üzvü kimi fəaliyyət göstərəcəklər.

Tural Kərimov

Şərhlər bağlıdır.