Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kapitalbankda itirdiyim saat yarım

233

Bu gün, aprelin 9-da müddəti bitmiş sahibkar kartımın yenisini sifariş etmək üçün Kapitalbankın Mingəçevir filialına gəldim. Saat 11.30-da kart sifarişi üçün nömrə götürdüm. 11.50-də məni 4-cü pəncərəyə çağırdılar. Bankın əməkdaşı Əhliman bəyə köhnə kartımı və şəxsiyyət vəsiqəmi təqdim etdim. O, sənədlərə baxdı, 2 və 3-cü pəncərədə oturan gənclərə üzünü tutdu: “Bu, biznes kartıdır, onun uzadılması ilə siz məşğul olmursunuzmu?”. Cavabında 2-ci pəncərədə oturan və  adını Rəxşan eşitdiyim işçi dedi ki, bu əməliyyat istənilən pəncərədə həyata keçirilə bilər.  Bundan sonra Əhliman bəy Bakıya, baş ofislərinə zəng vurdu və onların cavabına uyğun olaraq, mənə məsləhət bildi ki, hüquqi şəxs və fərdi sahibkar hesabların açılması üzrə növbə götürüm. 11.52-də yenidən növbəyə dayandım və 13.00-a qədər gözlədim. Amma məni çağıran olmadı. Hiss etdim ki, bu işi  1-ci pəncərədə xidmət göstərməli olan şəxs yerinə yetirməlidir. O isə mən bankı tərk edənə qədər gəlib çıxmadı. Vəziyyətlə bağlı iradımı 196 məlumat mərkəzinə da çatdırdım.

Təbii ki, müştəriləri narazı salan belə vəziyyətlə əlaqədar bankın rəhbərliyi tədbir görəcək. Sadəcə filialda itirdiyim bir saat yarıma təəssüflənirəm.

Şərhlər bağlıdır.