Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kamal Nəcəfli gəncləri karyera arxasınca getməyə çağırdı

211

“Bəzən gənclər hansısa yüksək vəzifəni tutmağa tələsirlər, Unutmayın ki, əksəriyyət  gələcək karyerasını qurmağa sıravi işdən başlayır, hətta xeyli müddət könüllü kimi çalışır. Sizin də maddiyyət barədə deyil,  addım-addım karyera dalınca gedəcəyinizə inanıram”.

2 Fevral Gənclər Günü münasibətilə yanvarın 31-də  Mingəçevir Gənclər Evində keçirilən  toplantıda  Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli belə deyib. O, bayram münasibətilə təbriklərini çatdırıb, bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəldiyini diqqətə çatdırırb:  “Əsası ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsində hazırda ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib”.

Toplantıda MDU-nun magistri Samrin Xanlayev “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin 2017-ci ildəki  fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələri   barədə məruzə  edib, ötən il burada  həyata keçirilən layihələr, tədirblər, təlim və seminarlar barədə ətraflı məlumat verib. Mingəçevir Şəhər  İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov gənclərimizin ölkənin həyatında aktiv fəaliyyəti, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə  töhfəsi barədə söhbət açıblar.

Tədbirin sonunda ötən ilki uğurlu fəaliyyətlərinə görə bir qrup fəal gəncə Fəxri Fərmanlar, kubok və sertifikatlar təqdim olunub.

Şərhlər bağlıdır.