Bizimlə həyatınız həmişə işıqlı olacaq!

JuHİ Mingəçevirdə jurnalistləri maarifləndirdi

201

Dekabrın 17-də Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ)Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə dəstəyi ilə \”Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları\” mövzusunda Mingəçevirdə şəhərdə və ətraf bölgələrdə fəaliyyət göstərən KİV nümayəndələri üçün təlim təşkil edib. .
Mingəçevir Media Mərkəzində təşkil olunan tədbirdə mərkəzin rəhbəri, “Mingəçevir işıqlaı” qəzetinin baş redaktoru Fərman Nəbiyev qonaqları təqdim edərək, seçki ərəfəsində belə bir layihənin əhəmiyyətini vurğulayıb.
“Jurnalistlərin seçki prosesində üzləşdikləri bəzi çətinliklərin onların seçki qanunvericiliyini lazımi səviyyədə bilməmələrindən irəli gəlir”. Bu barədə ətraflı danışan Mətbuat Şurasının sədr müavini, JuHİ sədri Müşfiq Ələsgərli jurnalistlərin seçki prosesində müşahidəçi kimi iştirakının hüquqi əsasları barədə məlumat verib. Eyni zamanda layihə çərçivəsində hazırlanan “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabçasının əhəmiyyətini qeyd edib: “Kitabçada Seçki Məcəlləsindən, MSK-nın təlimatlarından, digər qanunvericilik aktlarından müvafiq müddəalar toplanıb. Vəsait 500 nüsxə ilə çap edilib.”
Tədbirə ekspert qismində qatılan Jurnalist Araşdırmalar mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə yerli əhəmiyyətli problemlərin həlli məqsədilə yaradılan və özünüidarəetmə qurumu olan bələdiyyələrin fəaliyyətinə, vətəndaş cəmiyyətinin və əhalinin fəallıq səviyyəsinə toxunub. Natiq təəssüflə qeyd edib ki, bələdiyyə eçkilərində seçici marağı digər seçkilərdəki qədər ciddi deyil: “Problem bundadır ki, bizim ölkədə bələdiyyə hələ də bir institut kimi formalaşa bilməyib və üzərinə düşən funksiyanı lazımınca yerinə yetirə bilmir”.
Müzakirələrdə “Azərbaycan işıqları” qəzetuinin bölgə redaktoru Yusif Ələkbərov, ELTV-nin əməkdaşı İnqilab Şirinbəyli, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov və başqaları secici fəallığının artrılması, yerli bələdiyyələrin fəaliyyətinin canlandırılması üçün təkliflərini səsləndiriblər.
JuHi-dən berilən məlumata görə, təlimlər növbəti günlərdə Azərbaycanın digər bölgələrində də təşkil olunacaq.

Aytən Kosayeva

Şərhlər bağlıdır.