Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İdman məktəbində şərait ürək açan deyil

206

lham Eminov 2 ildir ki, Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq Gənclər İdman Məktəbində cüdo ilə məşğuldur. Bu müddətdə 4 dəfə mötəbər yarışlara qatılıb. Onların ikisi ölkə daxilində, 2-si isə İranda və Gürcüstanda olub: “Oğuzda və Qəbələdə keçirilən yarışlarda 1-ci yerə sahib oldum. Təbrizdə 3 görüş keçirdim, yalnız finalda məğlubiyyətə uğradım. Sonunucu görüşüm isə fevral ayında Gürcüstanda olub, ordan da gümüş medalla qayıtmışam. Bütün bu qələbələrimə görə məşqçim Ruslan müəllimə borcluyam. O, bizə hər dəfə yeni fəndlər öyrədir”.
Atası Azad Eminov polisdə xidmət edir: “Oğlum babasının adını daşıyır. Elə idmana da onu babası yönəldib. Babası idman həvəskarıdır. Bu ilin iyun ayında Azərbaycan birinciliyi keçiriləcək. Babasına söz verib ki, Azərbaycan çempionu adını qazana-caq. Böyüyəndə hərbçi olmaq istəyir. Orta məktəbdə “yaxşı” və “əla” qiymətlərlə oxuyur”.
Məşqçi Ruslan Quliyev İlham və başqa yeniyetmələrə böyük ümid bəslədiyini deyir: “Mən əlimdən gələni edirəm ki, onlar sağlam insan, bacarıqlı idmançı kimi yetişsinlər, həmişə ölkəmi-zin şərəfini qorumağı bacar-sınlar”.

P.S. Öyrəndik ki, İdman məktəbi sahibkardan icarəyə götürülmüş qeyri-yaşayış sahələrindən birində yerləşir. Burda isə şərait o qədər də ürək açan deyil. Üstəlik otaqların isidilməsi problem olaraq qalır.
Düşünürük ki, Gənclər və İdman İdarəsi Gənclər Evinə köçürüləndən sonra həmin qeyri-yaşayış sahəsinin bu idman məktəbinin daimi istifadəsinə verilməsi, orada mərkəzləşdirilmiş istilik sisteminin qurulması yaxşı olardı. Ümumiyyətlə, son vaxtlar yeni inzibati binalarla təmin olunan dövlət idarələrinin istifadəsində olmuş qeyri-yaşayış sahələrinin idman və qeyri-hökumət təşkilatlarına verilməsinə ehtiyac duyulur. Yəqin ki, Gənclər və İdman İdarəsindən şəhər İcra Hakimiyyətinə rəhbər vəzifəyə irəli çəkilmiş Ramiz Əliyev məsələnin bu yöndə həlli üçün ciddi addımların atılmasına çalışacaq.
Eyni zamanda gənc idmançıların şəhər turnirlərinin bayram ovqatı ilə keçirilməsinə ehtiyac var. 11 yaşlı İlham Eminovun dediyinə görə, onlar başqa ölkələrdə, məsələn İranda on minlərlə tamaşaçı qarşısında çıxış ediblər: “O qədər adamı görəndə gözüm qorxurdu. Burda da yarışlar elə olsa, adiləşər…”

Şərhlər bağlıdır.