Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İdarə müdiri Mingəçevirdə bir qrup müəllimlə görüşüb

109

Martın 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil müəssisələrinin bir qrup pedaqoji heyəti ilə görüş keçirib.
Görüşdə İdarə müdiri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə pedaqoji-müəllim heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən dəyərli peşə sahiblərinin müqəddəs bir dəyər olduğunu bildirən Elçin Kərimov təhsil müəssisələrində bilik və bacarıqlı, eyni zamanda vətənpərvər ruhda kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd edib.
Görüşdən məmnun olduqlarını bildirən təhsil işçiləri onlara göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup pedaqoji heyət təşəkkürnamə ilə təltif edilib, xatirə şəkli çəkdirilib.

 


Təltif olunanlar: https://we.tl/t-fmpI2P7G7e
#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #BeynəlxalqQadınlarGünü #QadınGülərsə #Müəllim

Şərhlər bağlıdır.