Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısı şəhərin gəncləri ilə görüşüb

182

Mingəçevir şəhərinin yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun dekabrın 21-də Gənclər Evində gənclərlə görüşüb. Görüşdə şəhərin ictimai-siyasi və sosial-mədəni həyatında faəllıqları ilə seçilən yüzə yaxın gənc iştirak edib. Azərbaycan Prezidentinin apardığı gənclər siyasətinin əhəmiyyətindən söz açan İlham İsmayılov Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün ölkə başçısının xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Səmimi şəraitdə keçən görüşdə şəhər gəncləri onları narahat edən problemləri dilə gətirib, maraqlı təkliflərini irəli sürüblər. İlham İsmayılov bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıq verib, təkliflərin nəzərə alınacağını bildirib.

Şərhlər bağlıdır.