Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısı yolka ətrafında 2022-ci ilin uğurlarından danışdı

Təəssüf ki, bayram günlərində mövcud ərazidə partlayıcı maddələrin kütləvi şəkildə satışı da müşahidə edilib.

26

Dekabr ayının 30-da Mingəçevirdə Heydər Əliyev Meydanında yolka ətrafında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumşəhər bayramı keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirə toplaşanlara müraciətlə mingəçevirliləri təbrik edib, şəhid ailələrinə və övladlarına, qazi və veteranlara xoş arzularını çatdırıb. Başçı vurğulayıb ki, başa çatan 2022-ci ildə şəhərdə 51 yaşayış binasının dam örtüyü, fasadı, dəhlizə girişi təmir edilib, 4 nümunəvi məhəllə yaradılıb, 5 məhəllədə istirahət guşəsi salınıb, 400-ə yaxın işıqlanma nöqtəsi quraşdırılıb. Bayraq meydanından şərq giriş qapısınadək Heydər Əliyev prospektinin sağ və sol hissəsində “Zəfər” günü naminə istirahət güşəsi yaradılmış, “Günəşli” yaşayış massivində ümumi sahəsi 122 min kvadrat metr olan 25 küçənin asfaltlanıb,  səki və yollar təmir edilib: “Əminlik hissiylə deyirəm ki, biz təzə ilin ilk günlərindən etibarən apardığımız işləri davam etdirəcəyik”.

Şəhər mədəniyyət işçilərinin təqdim etdiyi geniş konsert proqramı, Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin çıxışları və rəngarəng rəqslər, Şaxta Baba və Qar qızın gəlişi bayrama rəng qatıb. Tədbirdə bir qrup şəhid və qazi övladlarına yeni il hədiyyələri təqdim olunub.

Təəssüf ki, mövcud ərazidə partlayıcı maddələrin kütləvi şəkildə satışı da müşahidə edilib.

Şərhlər bağlıdır.