Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

50

18 oktyabr 2023- cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ağdaş rayonu üzrə gənclər və idman sektorunun, GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi ” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin dekanı, tarix elmləri üzrə fəlsəfə doktoru Nizami Zeynalov, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev iştirak ediblər.

İlk öncə qonaqlar tələbələr tərəfindən çəkilən Ulu Öndər Heydər Əliyevin rəsmlərinə baxış keçiriblər. Ardınca konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Liderin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Konfransı giriş sözləri ilə açan ADHK-nın direktoru Namiq Mehdiyev qonaqları salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca kollecin tarix müəllimi Vüsalə Hacıyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Süleymanova, 1-ci kurs tələbəsi Aidə Mahmudova, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin dekanı, tarix elmləri üzrə fəlsəfə doktoru Nizami Zeynalov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov məruzələrlə çıxış edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi silinməz iz buraxdığından, onun zəngin dövlətçilik irsinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, eləcə də gənclərimizin bəhrələndiyi bu istiqamətlərdən danışıblar.

Sonda müstəqil Azərbaycanın gələcəyi olan gənclərə fəaliyyətlərində uğurlar arzulanıb.

Şərhlər bağlıdır.