Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclərin “Sahibkarlıq Məktəbi”nin əsası qoyuldu

210

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək”  adlı layihənin təlimlərinə yekun vurulub. Bu barədə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyindən qəzetimizə məlumat verilib. Bildirilib ki, İB Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamını rəhbər tutaraq, gənclərin sahibkarlıq fəaliyyətinə və uğurlu karyera qurmalarına yardımçı olmaq üçün növbəti layihəsini gerçəklşdirib. İki qrupda,  50 tələbənin iştirakı  aparılan təlimlərdən Mingəçevir Dövlət Universtieti və Mingəçevir Turizm kollecinin tələbələri bəhrələnib.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov təlimdə iştirak edən bütün gənclərə uğurlar diləyib. O, vurğulayıb ki, gənclərin bu sahədə maarifləndirilməsinin böyük əhəmiyyəti var. Mərkəzin hüquqşünası Arifə Məmmədova biznesin hüquqi formaları və hüquqi məsuliyyətləri barədə danışıb. Təlimçi Kamal Əhmədovun keçirilən mövzular ətrafında yekun müzakirəsindən sonra təlimi uğurla başa vuran 39 nəfərə   sertfikat verilib. Onlar “Sahibkarlıq  Məktəbi”nə  üzv seçilib.

Şərhlər bağlıdır.