Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənc zabitin birinci övladı 2021-ci ildə Mingəçevirdə doğulan ilk oğlan uşağıdır

260

2021-ci il yanvarın 1-nə keçən gecə Mingəçevir xəstəxanasında ilk doğulan qız olub, ardınca isə ilin ilk oğlan uşağı dünyaya gəlib. Ona Turan adı verilib.

Bu körpə mingəçevirli  gənc zabit Elmin Sadıqovun ilk övladıdır. Dövlət Sərhəd Xidmətində vəzifə borcunu yerinə yetirən leytenant övladına ad seçimi edərkən ailəsinin sevincinə bir də vətənpərvər duyğularını bəxş edib. Uşağın anası Məhin Sadıqovanın verdiyi məlumata görə, ata ilk övladına  ad seçərkən Türkiyə-Azərbaycan qardaşlığı şərəfinə Turan milli adına üstünlük verib. Qeyd edək ki, yeni doğulan körpənin durumu tam normaldır.

Şərhlər bağlıdır.