Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək kampaniyası” layihəsi həyata keçirilib

39

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə onlar üçün mövcud karyera imkanları, müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən təqdim olunan karyera və məşğulluq profillərinə əlçatanlığın təmin olunması üzrə məlumatların öyrədilməsi üçün təlimlər keçilib. “Azərbaycan Tələbələri” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 200 nəfər gəncə onlar üçün mövcud müxtəlif karyera və məşğulluq imkanları haqqında məlumatların ötürülməsindən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.

Şərhlər bağlıdır.