Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Füzuli şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi

210

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı səsləndirib.

“On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik.

Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”, – ölkə başçısı bildirib.

Xalqa müraciətində İlham Əliyev onu da açıqlayıb ki, bu gecə uğurlu əməliyyat keçirilib, strateji yüksəkliklər götürülüb: “Bu haqda hələ mən bir şey demək istəmirəm, Hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək”,

Şərhlər bağlıdır.