AktualMingəçevir

“Fakt araşdırıcı” mağazalarımızda nəyi araşdırır?

Özünü Gəncə Qida Təhlükəsizliyi Agentliyinin “Fakt araşdırıcı” mütəxəssisi kimi təqdim edən Fayilə İbrahimova bir müddətdir ki, Mingəçevirdəyoxlama aparmaq adı ilə sahibkarlardan pul tələb edir. Elmir adlı sahibkarın dediyinə görə, həmin qadın özünü təqdim etdikdən sonra bildirib ki, 20 AZN ödəyərsə, qəbz verəcək və heç bir yoxlama da aparmayacaq: “Mən kiçik market sahibiyəm. Qadın 2 dəfə gəlib və məndən 20 manat alıb.  Qadından sənədini tələb etdim və o, mənə kiçik bir vəsiqə göstərdi. Onun vəsiqəsini əlindən aldım, lakin qadın bir hay-həşir qopardı ki, məcbur olub vəsiqəni qaytardım”

Bu hal digər sahibkarların da başına gəlib. Növbəti dəfə qadın Göyçay şəhərindən gəldiyini deyib. Market sahibləri onu polislə hədələyib. Oisə market sahibinə bir qəbz verib,  amma üstünə nə yazdığı anlaşılmır.

Qeyd edək ki, “Fakt Araşdırıcı N” MMC əməkdaşlarının əvvəllər də qanunsuz hərəkətləri olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırılıb və MMC əməkdaşları ifşa edilib. Bu gün isə qurumun digər nümayəndələri Mingəçevirə ayaq açıblar.

Tag
Daha çox

Oxşar yazılar

Close