Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fərman Nəbiyev: “Məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır”

368
Mingəçevir Media Mərkəzidə gerçəkləşən təlimlərdə iştirakçılar jurnalistikanın əsas prinsipləri və janrları, xəbər hazırlamağın və mövzu seçməyin yolları barədə bilgilərə yiyələniblər.

Təşkilatçı və təlimçi Fərman Nəbiyev deyib ki, məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır: “İstəyirik ki, bölgə gəncləri aktiv olsun, fikrlərini rahat ifadə etməyi bacarsın, baş verən hadisələrə laqeyd qalmasınlar.”

F.Nəbiyevin sözlərinə görə, dekabrın əvvəllərindən MVA yeni layihəsinə start verib, 50-dən artıq gənc arasından 15 nəfəri seçərək, illər ərzində əldə etdiklərini bölüşməyə qərar verib: “Biz gənclərə xəbəri yığcam yazmağı və onu statusa çevirməyi öyrətməyə çalışdıq. İndi marağındayıq ki, onlar da bilgilərini başqa auditoriyalarla paylaşsınlar”.

F.Nəbiyev deyib ki, jurnalist susanda fəlakət başlayır: “Yəni problemlər həllini tapmır, sonda bu da həyatımızı korlayır”.

Mingəçevir Dövlət Universitetinin tələbəsi Tahirə Mustafayeva təlimdə iştirakından çox məmnundur. O, bildirib ki, təlimdə xəbər üçün mövzu tapmaq,  sosial mediada düzgün status yazmaq vərdişləri qazanıb: “Düşünürəm ki, bu təlimdən sonra sosial mediada doğru status yazmaqla, fikirlərimi daha çox insana çatdıra biləcəyəm”.

Şərhlər bağlıdır.