Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Eurovision 2012” məşəli Mingəçevirdə

229

16 may 2012-ci ildə “Eurovision 2012” çərçivəsində gəncləri fəallaşdırmaq məqsədi ilə “Step İn!” gənclərin təşəbbüs qrupu Mingəçevirdə olub. H.Əliyev meydanında baş tutan aksiyada şəhər gənclərinə “Eurovision”la bağlı suallar verilib, düzgün cavab tapanlara hədiyyələr təqdim olunub.
Sonda “Eurovision” məşəlini yandıranlar marafonu Şəki gənclərinə ötürüblər.
Qəzetimizə müsahibə verən “Step in!” gənclərin təşəbbüs qrupunun əlaqələndiricisi Seymur Hüseynov bildirib ki, 10 rayonu əhatə edən marafonda gənclər əl-ələ tutur, fəallaşır və “Eurovision” məşəlini yandırırlar: “Bu məşəl rayondan-rayona, şəhərdən-şəhərə ötürülərək, “Bakı Kristal Zalı”na çatdırılacaq. Bu da “Eurovision”nun odlar diyarına gəlməsini göstərir. Elə “Eurovision”nun şüarı “Öz alovunu yandır”dı”.
“Step in!” gənclərin təşəbbüs qrupunun audio-vizual işləri üzrə əlaqələndiricisi Elgün Camal marafon boyunca bir çox regionlarda olduğunu deyib: “Şəhərinizin əksər hissəsini gənclər təşkil edir. Bu təşəbbüs qrupu da gənclər üçün olduğudan burada işləmək rahat oldu. İntellekt baxımından Mingəçevir gənclərinə çox güvənirdim, güvənimi də doğrultdular. Tək mən yox, ümumiyyətlə buranın gənclərindən bütün kommandamız razı qaldı. Burada gənclərin dinamiksı əladı. Gənclər bizə çox pozitiv energi verdi”

 

Şərhlər bağlıdır.