Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elman Rüstəmov həm oğurluq etməkdə, həm də narkotik vasitə daşımaqda ittiham olunur

215

Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası  və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped isə maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Şərhlər bağlıdır.