Bizimlə həyatınız həmişə işıqlı olacaq!

E-vətəndaş proqramı Mingəçevirdə təqdim olundu

265

Mayın 27-də Mingəçevir Gənclər Evində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatıkeçirilib.QHT Forumu MRQRTM-nın direktoru Füzuli Əsədov bildirib ki, Şura fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət edib və yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqi üçündür:“Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu, çox sadədir, hər kəs SƏLİS-ə daxil olub, e-vətəndaş proqramında qeydiyyatdan keçməklə, təqdim olunan layihələrə səs verə bilər”.

Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümayiş olunub və Gənclər Evinin əməkdaşı Tural Əlibəylinin təqdimatında “e-vətəndaş proqramından istifadə qaydaları” nümayiş etdirilib.

Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən bir gənc elə zaldaca e-vətəndaş xidmətindən yararlanıb.

Gənclər Evinin direktoru Tural Kərimov, “Mingəçevir Valideynlər Assosiasiyası” İB-nın prezidenti Fərman Nəbiyev təqdimata toplaşan gəncləri  bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıblar.

Şərhlər bağlıdır.