Mərkəzi Qurumlar

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Mingəçevirdə

Fuad Nağıyev: “Gələcəkdə Mingəçeviri böyük turizm mərkəzi kimi inkişaf etdirmək əsas vəzifələrdəndir”

Dekabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmitinin təhbərliyi ilə nümayəndə heyəti  Mingəçevirdə olub.  Onlar su anbarının sahil zolağına, Kür çayının sahilinə və digər turizm rekreasiyalarına baxış keçirib, ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sənaye şəhərinin həm də  böyük turizm potensialına malik olduğunu bildirib: “Mingəçevirin  iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Ana Kürün ikiyə böldüyü Mingəçevirin turizm imkanları kifayət qədərdir. Cənab prezidentimiz bölgəyə səfəri zamanı  demişdir ki, Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır”.

Agentliyin sədri Fuad Nağıyev qeyd edib ki, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün geniş miqyaslı işlər görülür: “Xarici qonaqların Azərbaycandan xoş təəssüratla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar. Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq. Bu sahəyə investorları da dəvət etmək lazımdır. Gələcəkdə Mingəçeviri böyük  turizm mərkəzi kimi inkişaf etdirmək əsas vəzifələrdəndir”.

Görüşdə  Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev də iştirak edib.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close