Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların 2019-cu ilin yanvar-mart aylarında kommunal və rabitə xidmətlərindən istifadəsi

273

Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş Dövlət Proqramının ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, “Aran iqtisadi rayonu”na daхil olan Mingəçevir şəhəri iri sənaye mərkəzlərindən biridir. Buna baхmayaraq şəhərdə respublika büdcəsindən və yerli büdcədən maliyyələşdirilən bir çoх idarə və təşkilatlar da mövcuddur.

2019-cu ilin yanvar-mart ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 1934,8 min kVt.saat elektrik enerjisi, 691,6 Q.kalori istilik enerjisi, 743,1 min kub m. təbii qaz, 72,7 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 1,0 faiz, istilik enerjisinin 24,0 faiz, suyun 30,8 faiz artması, təbii qazın isə 16,5 faiz azalması deməkdir. İstehlak edilən 12,0 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 2,1 min manat və ya 21,2 faiz artmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 53,6 faizini elektrik enerjisi, 5,4 faizini istilik enerjisi, 14,9 faizini təbii qaz, 22,4 faizini su və 3,7 faizini rabitə хidmətləri təşkil etmişdir.

Məsrəflərin  strukturu

2019-cu ilin yanvar-mart ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,9 faiz və ya 15,1 min manat artaraq 325,1 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2019-cu ilin yanvar-mart ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 98,8 faizini və ya 321,1 min manatını ödəmişlər.

2019-cu ilin yanvar-mart aylarında istehlak edilmiş elektrik enerjisinin, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin dəyərinin ödənilməsi aşağıdakı diaqramda göstərilmişdir.

Şəhərin büdcə təşkilatlarından Səhiyyə Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən 72,3 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən 90,9 faiz,  Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən 70,6 faiz, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Аzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Мingəçevir Аsan Xidmət Mərkəzi, digər nazirlik və komitələrin tabeliyində olan təşkilatlar istehlak olunmuş ehtiyatların dəyərini tam ödəmişlər.

Cədvəldən göründüyü kimi 2019-cu ilin yanvar-mart ayları ərzində 13,5 min manat və ya 7,2 faiz elektrik enerjisindən, 2,8 min manat və ya 13,7 faiz istilik enerjisindən, 1,7 min manat və ya 3,4 faiz təbii qazdan, 7,5 min manat və ya 9,3 faiz sudan, 5,9 min manat və ya 33,0 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az istifadə olunmuşdur.

Şərhlər bağlıdır.