Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət Başçısı İlham Əliyev İdmançıları mükafatlandırıb

154

Prezident İlham Əliyev ötən gün imzaladığı Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Sərəncama əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər fəxri diplomla təltif ediliblər:

İsayev Xəzər Ağali oğlu (Sərbəst güləş üzrə Dünya və ikiqat Avropa çempionu)

Meftahəddinova Zemfira Əli qızı (atıcılıq üzrə Olimpiya çempionu )

Rəhimov Nazir Həzrətqulu oğlu (Boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi)

Şabanova Rəfiqə Mahmud qızı. (məşhur həndbolçu əməkdar bədən tərbiyəsi və idman ustası)

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.