Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Debat Mərkəzinin xeyriyyə konserti

218

Martın 27-də Mingəçevir Regional Debat Mərkəzinin (MRDM) təşəbbüs və təşkilatçılığı, “Hoppiness” şirkətinin maddi dəstəyi ilə xeyriyyə konserti keçirilib. Konsertdə Nəriman Mingəçevirli, Ramiz Bəşirov, Qalib Lətifoğlu, “Mingəçevir” və “Nur” rəqs qrupları, meyxanaçılar Bəhruz və Nicat rəngarəng mahnılar ifa ediblər. Maraqlı rəqslər, şeir və səhnəciklər rəğbətlə qarşılanıb.

MRDM-nın sədri Ehtiram Sadıqzadə bildirib ki, konsertdən yığılan gəlir kimsəsiz uşaqların ehtiyaclarına xərclənəcək. Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Azər Hacıyev, “Hoppiness” şirkətinin bölmə rəhbəri Şənhəyat Nuriyeva, “Avrasiya” Sanat Kültür və Ədəbiyyat Dərnəyinin nümayəndəsi Raifə Sərxanqızı və başqaları xeyirxahlığa xidmət edən belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Şərhlər bağlıdır.